Azerbaijan

Bu, döyüşçülərimizin qələbə əzmini artırır - Musa Quliyev

Hərbçilərə, Qarabağ müharibəsində əlil olanlara, yaralananlara və şəhid ailələrinə Azərbaycan dövləti həmişə yüksək qayğı göstərib və onların sosial müdafiəsi cənab Prezidentin hər zaman diqqətindədir.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Millət vəkili qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dünən Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbçilərlə görüşü onlara olan qayğının ifadəsidir:

“Bu görüşdə cənab Prezident müalicə alan hərbçilərimizin tezliklə sağalıb öz ailələrinin yanına və hərbi vəzifələrinə qayıtmasını arzuladı, eyni zamanda, Azərbaycan xalqının onlara olan ehtiramını və hörmətini çatdırdı. Ölkə başçısı onu da qeyd etdi ki, şəhid olan hərbçilərimiz həm Azərbaycan tarixində, həm də xalqın yaddaşında qəhrəman kimi daim yaşayacaqlar. Cənab Prezidentin yaralı hərbçilərimizlə görüşməsi, onlara təsəlli verməsi bütün əsgərlərimizə böyük ruh yüksəkliyi gətirən addımdır. Eyni zamanda, Ali Baş Komandanın daim Azərbaycan döyüşçüsünün yanında olmasının bir ifadəsidir. Bu, döyüşçülərimizin həm qələbə əzmini artırır, həm də onların psixoloji daha üstün və nikbin olmasına şərait yaradır. Yaralı və şəhid olmuş hərbçilərimiz gənc yaşlarında böyük qəhrəmanlıq, şücaət göstərdi, vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırırlar. Vətən uğrunda döyüşlərdə yaralanan və şəhid olan hərbçilərimiz gənclər üçün nümunə, örnəkdir.

O insanların sosial müdafiəsi də yüksək səviyyədə müdafiə olunur, onların ailələrinə qayğı göstərilir. İnşallah döyüşü qələbə ilə başa vurub qayıtdıqdan sonra heç şübhəsiz ki, onların istər sosial həyatları, istərsə də işlə təmin olunmasında və digər mükafatlarla təltif olunmasında Azərbaycan dövləti layiqli qiymətlərini verəcək”.

Aytən Məftun

Football news:

Hans-Dieter flick: I Hope Alaba will sign a contract with Bayern. Our club is one of the best in the world
Diego Maradona: Messi gave Barca everything, brought them to the top. He was not treated the way he deserved
Federico Chiesa: I hope to leave my mark in Juve. We will achieve great results
The Coach Of Benfica: I don't want us to look like the current Barcelona, it has nothing
Guardiola on returning to Barca: I'm happy at Manchester City. I hope to stay here
Fabinho will not play with West ham due to injury
Ronald Koeman: Maradona was the best in his time. Now the best Messi