Azerbaijan

Bu il xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 42,3 faiz azalıb

2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin yanvar-aprel ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 42,3 faiz azalaraq 944,7 min nəfər olub.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının 33,8 faizi İrana, 29,8 faizi Gürcüstana, 20,4 faizi Rusiya Federasiyasına, 9,7 faizi Türkiyəyə, 6,3 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3 faiz, Türkiyəyə gedənlərin sayı 42,4 faiz, Gürcüstana gedənlərin sayı 36,8 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 35,6 faiz azalıb.

2020-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,4 faizi dəmir yolu və avtomobil, 16,3 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edilib.

Milli.Az

Football news:

Failure of the VAR in the last English tour: on Thursday, all three decisions on penalties were recognized as mistakes
Zlatan Ibrahimovic: This is not my Milan. The club's ambitions are not what they used to be
Liverpool will only try to buy Tiago if one of the key players leaves
Jurgen Klopp: Salah has crazy statistics
Collina called on the judges to review the replays of disputed moments themselves
Pavel Nedved: real and city are contenders to win the Champions League, but Juve first have to pass Lyon
Manchester City will not be excluded from the Champions League. CAS will grant the club's appeal (Ian Cheeseman)