Azerbaijan

Dövlətimiz hər zaman öz əsgərinin yanındadır - Deputat

“Dünən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü ölkə rəhbərliyinin torpaqlarımızın azadlığı uğrunda yaralanan hərbçilərə böyük diqqət və qayğı göstərməsinin nümunəsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, ölkəmizdə bütün hərbçilərə, o cümlədən yaralanan əsgər və zabitlərə, şəhid ailələrinə xüsusi diqqət və yanaşma var: “Dövlət başçısı bildirdi ki, bütün resurslardan, ən yaxşı vasitələrdən və həkimlərdən istifadə edərək onların tam şəkildə sağalması təmin ediləcək. Yaralanan hərbçilər sağalaraq əvvəlki həyatlarına qayıdacaqlar. Dövlətimiz hər zaman öz əsgərinin yanındadır.

Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Ölkəmiz şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bu, çox böyük ruh yüksəkliyidir. Hər bir hərbçimiz, əsgərimiz, torpaqlarımız uğrunda döyüşən hər bir vətəndaş bilir ki, onun arxasında dövlət var. Nə olursa olsun, dövlət onların ailəsinə dəstəkdir. Bu, ölkədə Prezidentinin vətəndaşa olan dəstəyinin, eyni zamanda vətəndaşlarımızın da dövlət başçısının yanında olmasının göstəricisidir”.

Akqabay Mıradov

Football news:

Manchester United won again in Paris with a late Rashford goal. An unexpected hero - a 22-year-old reservist who has not been on the field since December 2019
Jurgen Klopp: first Oliver didn't see the moment, then VAR forgot the rules. And the consequences came only for van Dijk and Tiago
Favre on the defeat against Lazio: Dortmund lacked determination. We needed to play an outstanding game, and we didn't
Lampard on 0:0 with Sevilla: I think both teams are happy with the draw
Tuchel Pro 1:2 with Manchester United: PSG were not on the pitch in the first half. One of the worst games of the team
Ole Gunnar Solskjaer: When you go to a team with Neymar and Mbappe, you need to defend well, and the goalkeeper must help out
Barcelona have extended their contracts with Pique, Ter Stegen, Langle and de Jong