logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Epilepsiyalı xəstələrə məsləhətlər

Epilepsiya haqqında nə bilirik? Epilepsiya xalq arasında "qıcolma" kimi tanınan xəstəlikdir. Bu yazıda, əsasən, epilepsiya haqqında doğru bilinən yanlışlara toxunacağıq. Hansı ki, həmin yanlış bilgilər xəstələrin müalicəsinə və bütün həyatına mənfi təsir göstərə bilər. Bu baxımdan epilepsiya xəstəliyi haqqında bilinməli və diqqət edilməli məlumatları vurğulamaq əhəmiyyətlidir.

1. Huş itməsi olmasa belə, epileptik tutma baş verə bilər 

Epilepsiya tutmaları beyin hüceyrələrində müvəqqəti meydana gələn anormal fəaliyyətin nəticəsi kimi yaranır. Epilepsiya dedikdə çox vaxt ani qışqırma ilə birlikdə şüurunu itirib, yerə yıxılan, sərt qıcolmalarla ağzından köpük axan xəstələr ağla gəlir. "Grand mal" adlanan klassik epileptik tutmalarla yanaşı, huşun itməsi baş verməyən, xəstənin qolunda yüngül bir atma, ya da titrəmə kimi lokal epileptik tutmalar da ola bilər.

2. Epilepsiyaya təkcə uşaqlarda deyil, istənilən yaş qrupuna aid insanlarda rast gəlinə bilər

Epilepsiya xəstəliyində genetik faktor əsas sayılsa da, xəstəlik hələ də səbəbi məlum olmayan xəstəlik qrupundadır. Epilepsiya xəstəliyinin uşaqların xəstəliyi olduğu yanaşması cəmiyyətdə geniş yayılıb. Amma nəzərə almaq lazımdır ki, hər yaş qrupunda epilepsiyanın fərqli formalarına rast gəlinir. Adətən uşaq yaşlarında rast gəlinən tutmaların çoxu ərgənlik dövründən sonra keçib gedir. İdiopatik epilepsiya deyilən, səbəbi bəlli olmayan epilepsiyalara isə hər yaşda rast gəlinir. Tutmalar bəzi hallarda travma, şişlər, qanama kimi yanaşı xəstəliklərin simptomu kimi özünü göstərir.

3. Hər travma və yüksək temperatur epilepsiyaya səbəb olmaz

Yataqdan yıxılan, kəllə-beyin travması alan, ya da yüksək temperaturla xarakterik olan xəstəlik keçirən bütün uşaqların epileptik tutma keçirəcəyi kimi yanlış fikir formalaşıb. Bunların hansı hallarda epileptik tutmaya səbəb ola biləcəyi həkimlə müzakirə olunmalıdır.

4. Kilidlənən çənəni açmağa çalışmaq əvəzinə, tutmanın keçməsini gözləyin

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, epileptik tutmalar əsnasında çox vaxt qıc olan və çənəsi kilidlənən xəstənin dilini dişləməsinin qarşısını almaq üçün çənəni sərt bir alətlə açmağa çalışırlar. Tutma keçirən xəstənin ağzına sərt bir alət soxmaq, ya da çənəni açmağa çalışmaq dişlərin qırılmasına və ağızda yaralara səbəb olur. Ağıza yerləşdirilən alətin boğaza girərək tənəffüsə mane olması, daha ciddi problemlərə yol açması kimi hallar da baş verə bilər. Epileptik tutmanın öz-özünə keçdiyi unudulmamalı, xəstəni qoruyacaq şərait yaradılmalıdır. Titrəmə yaşayan xəstənin başını sərt bir yerə vurması, ağızda yaranan köpüyün nəfəs yollarına keçməsinin qarşısını almaq üçün həmin şəxs yanı üstə uzadılmalıdır. Xəstənin ətrafında özünə zərər verə biləcək əşyaları uzaqlaşdırmalı, gözündə eynəyi varsa, çıxardılmalıdır. Lazımı tədbirlər görüldükdən sonra, adətən, 1-1,5 dəqiqə davam edən epileptik tutmanın keçməsi gözlənilməlidir. Daha uzun davam edən tutmalarda xəstə təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılmalıdır.

5. Soğan qoxusu xəstəni ayıltmaz

Tutma keçirən xəstəyə soğan qoxlatmaq ən çox edilən səhvlər arasındadır. Epileptik tutmalar keçici koma halı kimidir. Epileptik tutma keçirən xəstəyə nə iylədirsiniz iylədin, heç bir faydası olmayacaq.

6. Epilepsiyalı xəstələr idmanla məşğul olub, avtomobil idarə edə bilər

Xalq arasında yayılmış fikrin əksinə olaraq, epilepsiyalı xəstələrin idmanla məşğul olması, ya da avtomobil istifadə edilməsi qadağan deyil. Ancaq vücudun müqavimətini aşağı salan halların tutmaların ortaya çıxmasında vacib rol oynadığı unudulmamalıdır.

Həddindən artıq yorğunluq, infeksiya, stress, yuxusuzluq və aclıq tutmaları xəstəliyi provokasiya edə bilər. Qrup şəklində oynanılan, risk təşkil edən və bədəni yoran futbol, basketbol, dağ idman növləri kimi idmanlardan xəstələr uzaq durmalıdır. Yaşanan tutmalar nəzarət altına alınıbsa və xəstə dərmanlarını vaxtlı-vaxtında içirsə, avtomobil idarə edə bilər.

7. Epilepsiya xəstəsi qadın ana ola bilər

Epilepsiyalı qadınların ana olması üçün xəstəlik əngəl deyil. Ancaq hamiləlik planlayan epilepsiya xəstələri ən az 6 ay əvvəldən həkim məsləhəti almalı və dərman qəbulunu dayandırmamalıdırlar. Epilepsiyanın müalicəsində istifadə edilən bəzi dərmanların ana bətnindəki körpəyə mənfi təsir edə biləcəyi unudulmamalıdır. Hamiləlik zamanı birdən-birə kəsilən dərmanlar şiddətli tutmalara və tutmalar nəticəsində düşüklərə səbəb ola bilər. Bütün bu səbəblərlə bağlı ailə quracaq insana və ailəsinə xəstəlik haqqında məlumat verilməlidir.

8. Epilepsiyalı xəstə özünə uyğun peşə seçməlidir

Epilepsiya xəstələrinin düzgün peşə seçimi çox vacibdir. Hərbçi, pilot, cangüdən kimi peşələrin yerinə daha sakit və təhlükəsiz peşələr seçilməlidir.

9. Epilepsiya zehni pozulma deyil

Çox vaxt insanlar arasında epilepsiya xəstəliyinin sonradan əqli geriliyə yol açdığı düşünülməkdədir. Epilepsiyanın zehni pozulmalarla əlaqəsi yoxdur. Ancaq bəzi istisna hallar zəka geriləməsinə yol aça bilər.

10. Epilepsiya müalicə olunan xəstəlikdir

Epilepsiyanın ömür boyu davam etdiyi və müalicəsinin olmadığı zənn edilsə də, müalicəsi mümkündür. Dərman müalicəsi ilə epilepsiya xəstələrinin böyük bir qismində tutmaların qarşısı alınır. İki il tutma qeydə alınmırsa, dərmanlar yavaş-yavaş kəsilə bilər.
 

Bəzi xəstələrdə dərmanlar kəsildikdə tutmaların təkrar başlaması mümkündür. Bu cür xəstələr uzun müddət dərman istifadə edərək epileptik tutmalardan xilas ola bilər. Dərmanlara baxmayaraq davam edən epilepsiya xəstələrində isə cərrahi üsulla müalicə yolları mövcuddur.

Epilepsiyalı xəstələrə məsləhətlər: 

- Vaxtaşırı həkim nəzarətində olmaq, dərman qəbulunu dayandırmamaq

- Yuxu və qida rejiminə diqqət etmək

- Yorğunluq, stress, depressiya tutmaları artıra bilər, bunları nəzərə almaq 
- Televizor və kompüter arxasında uzun zaman keçirilməmək

- İşığa həssas fotoepilepsiya xəstələrin parlayan işıqlardan uzaq olması

- Yüksək hərarət qeydə alınan zaman uyğun həkim tərəfindən müalicə olunmaq

- Alkoqol istifadəsi xəstəliyin gedişatına mənfi təsir göstərdiyi üçün onlardan uzaq durmaq

Milli.Az

Themes
ICO