Azerbaijan

Ermənistan xalqı öz hökumətini məsuliyyətə cəlb etsin

Moldovanın TİMPUL informasiya portalında "İlham Əliyev erməni xalqına müraciət etdi: «Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir?» adlı xəbər dərc edib.

Məqalədə Azərbaycan Prezidentinin sözlərindən sitat gətirilir: «Mən erməni xalqına müraciət edirəm və söyləmək istəyirəm ki, onlar rəhbərliklərinin çirkli əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər»,- deyə portal yazır.

«Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik! Qarabağ - bizim doğma, əzəli, tarixi torpağımızdır» - İlham Əliyevin çıxışı dərc olunur.

Məqalə ilə BU LİNKdə tanış olmaq mümkündür.

Football news:

Hans-Dieter flick: I Hope Alaba will sign a contract with Bayern. Our club is one of the best in the world
Diego Maradona: Messi gave Barca everything, brought them to the top. He was not treated the way he deserved
Federico Chiesa: I hope to leave my mark in Juve. We will achieve great results
The Coach Of Benfica: I don't want us to look like the current Barcelona, it has nothing
Guardiola on returning to Barca: I'm happy at Manchester City. I hope to stay here
Fabinho will not play with West ham due to injury
Ronald Koeman: Maradona was the best in his time. Now the best Messi