Azerbaijan

Fazil Mustafa: “Sabunçu rayonunda müasir standartlara cavab verən xəstəxananın tikilməsinə ehtiyac var”

Fazil Mustafa: “Sabunçu rayonunda müasir standartlara cavab verən xəstəxananın tikilməsinə ehtiyac var”

Bu gün ölkədə fəaliyyət göstərən bəzi tibb müəssisələrinin vəziyyəti o qədər də ürəkaçan deyil. Problem pandemiyadan əvvəl də mövcud olduğu üçün həmin məsələnin hazırkı durumla əlaqələndirilməsi o qədər də inandırıcı görünmür.

Gün ərzində oxu.az-a vətəndaşlar tərəfindən müxtəlif sosial problemlərlə bağlı çoxsaylı müraciətlər daxil olur.

Təəssüf ki, onların bir çoxu səhiyyə sistemi ilə bağlıdır.

Daha da dəqiqləşdirsək, vətəndaşlar paytaxtın Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından şikayət edir. Sakinlər xəstəxananın, palataların bərbad vəziyyətindən və bəzi həkimlərin onlara olan münasibətindən narazıdır.

Görəsən, digər xəstəxanalarla müqayisədə, Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasından şikayətlərin sayının çox olmasına səbəb nədir? Xəstəxana əhalinin tələbatına cavab verə bilmir?

Məsələ ilə bağlı 26 saylı Sabunçu Birinci seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Fazil Mustafanın fikirlərini öyrəndik.

Millət vəkili hazırda Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxana binasının köhnə və baxımsız olduğunu deyib:

“Sabunçu rayon xəstəxanasının, eləcə də,, orada yerləşən poliklinika binalarının əksəriyyəti 100-120 il əvvəl tikilib. İnfrastruktur baxımından onların təmiri və ya vəziyyətinin yaxşılaşdırılması bir qədər effektsiz olacaq. Əlbəttə, xəstəxanada müəyyən çətinliklər var. Buna baxmayaraq, müəssisə müəyyən mənada tələblərə cavab verməyə çalışır”.

F.Mustafa Sabunçu rayonunda yeni xəstəxana binasının tikilməsini vacib hesab edir:

“Bu gün köhnə infrastrukturlu xəstəxana binasını nə qədər təmir etsən də, mümkün deyil. Sabunçu rayonunda yeni, modern, ən müasir standartlara cavab verən xəstəxana binasının tikilməsinə ehtiyac var, hətta deyərdim ki, vacibdir.

Bu, Sabunçuda yaşayan əhalinin qarşılaşdığı bir çox problemləri həll edəcək. Ancaq belə olan təqdirdə əhalinin ərazi üzrə tibb müəssisələrinə müraciətləri müəyyən mənada deyil, bütün istiqamətlərdə qarşılanacaq”.

Football news:

Monaco acquired defender Disasi from Reims for 13 million euros
Juve showed the guest uniform for the 2020/21 season
Chernyshenko about Euro 2020 in St. Petersburg: Despite the postponement, the organizers will keep the fanzones and trophy tour of the European Cup
Jesus used to eat too much fast food and want to shoot himself because of bad matches. Then I hired a personal trainer
David Silva's Father: The son loves Serie A and says he can play there until he is 40
Alexis Sanchez: I really wanted to stay at Inter. I found a family here
Emil Heskey: Salah should have moved to another club if Liverpool had not taken the Premier League