logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

FİDE-nin yeni reytinqi açıqlandı -

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, noyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. O, 2772 reytinqlə 7-ci pilləyə düşüb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) da 1 pillə geriləyərək 10-cu pillədə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2666) 77-ci, Nicat Abbasov (2663) 82-ci, Rauf Məmmədov (2659) 89-cudur. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 27-ci (2455), Ülviyyə Fətəliyeva (2387) 76-cı, Gülnar Məmmədova (2386) 78-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2872) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2801) üçüncüdür.

Milli.Az

Themes
ICO