Azerbaijan

Əgər dünya pis yerdirsə, niyə xəlq olunub?

Əgər "Nəhcul-bəlağə"yə və bəzi hədislərə nəzər salsaq görərik ki, dünya çox zaman məzəmmət olunur. Amma, burada düzgün fəlsəfi yanaşma olmalıdır.

Belə ki, bir nəfər İmam Əlinin (ə) yanına gəlir və dünya haqqında pis sözlər danışır.

Həzrət Əli (ə) ona buyurur: "Ey dünyanı məzəmmət edən! Sən özün dünyaya giriftar olmusan və onun batillərinə aldanmısan. Özün dünya tərəfindən aldanmısan və özün də onu məzəmmət edirsən?

Dünya səni nə zaman aldatmışdır? Viran olmuş atanın qəbri ilə, yoxsa torpağın altında olan anan ilə?

Nə qədər xəstənin xidmətində olmusan, onlara qulluq etmisən və onların şəfa tapması üçün dua etmisən. O zamanlar sənin bu əməlinin onların halına faydası olmamışdır. Ağlamağının və qəmginliyinin onların halına faydası olmamışdır. Səylərin nəticəsiz qalmışdır və sən giriftarlıqları onlardan dəf etməyə qadir olmamısan.

Həmin anda dünya özünü o vəziyyətdə sənə nümayiş etdirmişdir və sənin aqibətini sənə göstərmişdir. Onların ölümü ilə ölümü sənə göstərmişdir".

Əgər dünya bu qədər pis yerdirsə, bəs niyə xəlq olmuşdur?

Cavabında gərək deyək ki, Müdrik olan Allah heç bir zaman şər xəlq etməmişdir. Çünki şər əməl - ya acizlik üzündən olar, ya da cahillik.

Allahda bu sifətlərin heç biri olmadığına görə, Allah şəri xəlq etməmişdir. İnsanın xilqəti, dünyaya gətirilməsi... - bunların hamısı xeyir əməllərdir. Şəri insan öz əməlləri ilə yaratmışdır. İnsanın dünyaya həddən artıq bağlanması şərin yaranmasına zəminə olmuşdur.

Ona görə də İmam Əlinin (ə) mübarək sözləri ilə desək, dünya - sədaqət yeridir o kəslər üçün ki, onunla doğru rəftar edərlər.

Salamatlıq evidir o kəs üçün ki, onu dərk edər.

Ehtiyacsızlıq sarayıdır o kəs üçün ki, ondan azuqə götürər.

Nəsihət yeridir o kəs üçün ki, ondan nəsihət öyrənər.

Dünya - Allah dostlarının məscididir. İlahi mələklərin namaz yeridir.

Dünya - vəhyin nazil olduğu yer və İlahi övliyaların ticarət evidir ki, dünyada Allahın rəhmətini əldə etmişdilər. Behişti bəhrə aparmışdılar. (Rəzəvi)

Dünya o kəslər üçün şər yeridir ki, onu doğru yolda istifadə etməzlər. Özləri şər və əməlləri də şərdir.

Milli.Az

Football news:

Zidane on Bale's departure: what he achieved at Real Madrid is phenomenal. I wish him all the best
The same Royal rabona-assist from Levandovsky: great orientation, perfect execution, smart twist in the right place
Koeman told 21-year-old midfielder Puig that he does not count on him (RAC1)
Liverpool will pay 4.1 million pounds for Zhota out of 41 million in the first year. Today the midfielder will undergo a medical
Bayern have agreed a 4+1 contract with Ajax defender Dest
Will Juventus take a 10th consecutive League title? Three out of four of our Serie A specialists think not
Norwich refused to sell Barca defender Aarons for 20 million pounds