Azerbaijan

Gizli işləyən idman zalı aşkarlandı,

Bakıda karantin rejimi qaydalarını pozan idman zalı aşkar edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən sanitar-karantin qaydalarını pozaraq koronavirusun yayılmasına şərait yaradılması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə icazə verilməyən idman zalı aşkar edilib.

Keçirilən nəzarət-profilaktik tədbirlər zamanı 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən "Sparta" idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq gizli fəaliyyət göstərməsi müəyyən edilib. Ümumilikdə xüsusi karantin rejimi qaydalarının tələblərinə əməl etməyən 13 nəfər aşkar edilib.

Karantin rejiminin tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində isə 200 manat inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az

Football news:

De D'zerby announced his decision to leave Sassuolo. The coach is close to being appointed to Shakhtar
Messi has 300 games with goals in La Liga - the most in history. Raul has scored in 186 games
18-year-old goalkeeper Odoevsky about his debut for Zenit: He worked and hoped that he would be entrusted with one match
Perhaps Messi's last match at the Camp Nou: he scored in an empty stadium, but lost his chances for the title
Wolfsburg advanced to the Champions League, Leipzig took 2nd place in the Bundesliga for the second time
Pioli on 0:0 with Cagliari: Not falling in the top 4 will be a disappointment, but it can not be called a failure
Lille is ahead of PSG by one point, Monaco-by 3 points for the round to the end of Ligue 1