Oğuz rayonunda ağır yol qəzası baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.

Oğuz rayon sakini, 1961-ci il təvəllüdlü Ərşad Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomibillə Zaqatala rayon sakini 1965-ci il təvəllüdlü Oruc Məhərrəmovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.