Azerbaijan

İndi Azərbaycana əsas lazımdır - Tanrının bir qismətidir ki, Paşinyan ağılsız addım atsa...

"Dəvəyə lağ edib dedilər ki, boynun əyridir. Gülüb dedi ki, haram düzdür ki, boynumun əyriliyinə lağ edirsiz? Hər yerim əyridir. İndi Ermənistanın Baş naziri Nikol Paşinyan da dəvə qismindədir. Onun hər yeri əyridir, bircə düz işi yoxdur".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Bakıdan Paşinyana rəsmi cavab - Ermənistanın rəhbərliyi odla oynamaqda davam edir

Onun sözlərinə görə, Paşinyanın baş nazir olması bir təsadüfdür: "Əvvəlcə gəlin bu suala cavab tapaq ki, niyə Paşinyan Ermənistanın Baş naziri oldu? Çünki Dağlıq Qarabağdan olan ermənilər Ermənistan ordusunun əli ilə təxminən son 25 il ərzində təkcə Azərbaycan torpaqlarını işğal etməyiblər. Onlar eyni zamanda Ermənistanı və bütünlükdə erməni xalqını, ruhunu işğal ediblər. Onları məhv ediblər. Ermənistanı dünya siyasətindən kənarda qoyub onu Rusiyanın özəlləşdirilmiş dövlət-obyektinə çeviriblər. Ermənistan regionda gerçəkləşdirilən bütün böyük iqtisadi, enerji və nəqliyyat layihələrindən kənarda qaldı. Baramaqurdu baramanı toxuyur, sonra da içində ölür. Ermənistan da o vəziyyətə düşmüşdü. Erməni xalqı "Qarabağ klanı"nın işğalından qurtulmasında gecikdi. Ona görə də Ermənistandakı erməni xalqı "Qarabağ klanı"nın işğalından qurtulmaq üçün ayağa qalxdı. Orda Paşinyan yox, hətta başqa bir millətdən olub onlara yaxşı rəhbərlik etmək istəyən olsaydı, yenə də erməni xalqı qələbə çalacaqdı. Burada Paşinyan sadəcə keçid dövrünün bir Şuyskisidir".

Ermənistan Azərbaycana müharibə ELAN ETDİ - FOTO

Millət vəkili Ermənistanda hadisələrin bundan sonrakı inkifaşı və Paşinyanın aqibəti ilə bağlı proqnozlar verməkdən də çəkinməyib: "Paşinyan çox qısa müddətdə hakimiyyətdə qalacaq. Daha sonra o, həbsxanalara düşəcək. Barəsində cinayət işləri qaldırılacaq. Onun hələ hansı dövlətin casusu olduğu da rəsmi məlum olmasa da, eyni zamanda müəyyəndir. Ona görə də Paşinyan istənilən xətanı törətməyə hazırdır ki, təki hakimiyyətini qoruyub saxlaya bilsin. O, bu oyunu Dağlıq Qarabağ kartı üzərində oynamaq istəyir. Əvvəlki sələfləri oranı işğal ediblərsə, bu isə işğal olunmuş region üzərində hakimiyyətini möhkəmləndirmək istəyir, lakin buna nail ola bilməyəcək".

F.İbrahimli qeyd edib ki, əgər Ermənistan rəhbərliyi ağılsız addım atsa, bunun bədəlini ağır ödəyəcək: "Bir vətəndaş, bir azərbaycanlı, bir insan kimi tam səmimi deyirəm, onun sözlərini səmimi qəbul etmirəm. Adam onun haqqında danışarkən belə xəcalət çəkir. Məsəl var ki, ağıllı fikirləşənə qədər dəli vurub min çayı keçir. Paşinyan da həmin o çayı keçənlərdəndir. Amma indi Azərbaycana da bir əsas lazımdır. Görünür bu da tanrının bir qismətidir ki, Paşinyan indi hər hansı beynəlxalq hüquq normalarını pozan ağılsız addım atsa, cavabını yüz faiz alacaq. Özü də çox ağır duruma düşəcək".

"Ermənistanın bu yanaşması savaşı qaçılmaz edir" - Vəziyyət getdikcə gərginləşir

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son bəyanatlarında "Dağlıq Qarabağ respublikası" gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır", "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi fikirlər səsləndirib və Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu, bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.

Sentyabrın 12-də Bakıda ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır.

Prezident İlham Əliyev: "Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır" - FOTO

  Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

ATƏT-in Baş katibi Tomas Qreminger isə jurnalistlərə açıqlamasında deyib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".

İlkin İzzət
Milli.Az

Football news:

Cristiano Ronaldo: I needed to score from a free kick to regain my confidence
After football, Buffon will return to school. He once faced prison for a false diploma
Ronaldo scored the first goal for Juventus from a free kick. There were 43 attempts
Ronaldo is the first in 59 years to score 25 goals for Juventus in Serie A in a single season
Sulscher on 5:2 with Bournemouth: I am happy with the energy of Manchester United and the goals scored. It was a match for the fans
Rashford on 5-2 with Bournemouth: it's Important to push on until the end of the season. Exciting time
⛔ This is the first League of Armenia was stopped because of dogovornjakah. Banned 5 clubs and 58 people (45-for life)