Azerbaijan

İnsanlar dişlərini ilk dəfə nə vaxt fırçalamağa başlayıb…

İnsanlar dişlərini ilk dəfə nə vaxt fırçalamağa başlayıb...

İndi əsas gigiyena qaydalarından biri də səhər və gecə yuxudan əvvəl dişlərini fırçalamaqdır. Halbuki bəşəriyyət min illərlə bu davranışdan uzaq olub.

Bizimyol.info xəbər verir ki, qədim insanlar dişlərinə heç də biganə deyilmiş. Bunun üçün əvvəlcə duz istifadə edirlərmiş. Qurum və bal da işə yarayırmış. İndi insanların ilk dəfə dişlərini nə vaxt fırçaladığını dəqiq demək asan deyil. Bu məişət qaydasının azı 7-8 min il yaşı var. Dəqiq olan odur ki, təxminən eramızdan 3500 il əvvəl qədim Yunanıstanda, Ronada, Babildə efir ağacından istifadə etmək qərarına gəliblər. Ağacın yarpaqları daha effektli təsir bağışlayıb. Müasir anlamda diş fırçalamaq ritualı isə XV əsrdə həyatımıza daxil olub. Çində ilk diş fırçasını yaradıblar. Fırça sümükdən və bambukdan hazırlanıb.

I Pyotr Rusiyada diş fırçalamağa xüsusi əhəmiyyət verirmiş. O, zadəganlara təbaşir tozundan istifadə edərək, dişlərini ağartmağı tapşırıbmış.

Diş fırçası Avropaya daha gec gəlib. Yalnız XVII əsrdə avropalılar həyatına yeni vərdiş daxil edib. Amma ilk vaxtlar buna isti yanaşmırlarmış. Dişlərini əski ilə silmək daha rahat görünürmüş.

Fırça istehsalı üçün ilk patenti 1850-ci ildə amerikalı Henri Uodsvort alıb. 1885-ci ildən az qala bütün dünyada fırça istehsal etməyə başlayıblar. İlk belə fırçalar Sibir qabanının sümüyündən hazırlanıbmış.

İkinci Dünya Müharibəsindən sonra çeşidli diş fırçaları bazara girib. Zamanla daha yaxşı nümunələr ortaya çıxır.

Football news:

Tiago said goodbye to Bayern: This is the most difficult decision of my career. I need new challenges
Bale and Regilon will fly to London today to complete transfers to Tottenham
We have found a club in the Bundesliga that will prevent Bayern from becoming Champions. More precisely, it was put together by the Players from Dortmund and Leipzig, the management from Gladbach, the sponsor from Hertha
Bruno is the best player of the season at Manchester United according to the fans. It came in January
The team with the sponsor sperm Accelerator played in the Europa League. And this is just one of the 15 logos on the t-shirt
Pochettino on the words about Barca and the farm: I spoke with irony and probably went too far. What is said is said
Mauricio Pochettino: To lead Real Madrid is my dream. I was contacted by Benfica and Monaco