Azerbaijan

Kameralarla sürücüləri cərimələmək qanunsuzdur -

Bakı şəhərində dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyəti qanunsuzdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspertin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6-cı maddəsi müəyyən edir ki, sürücü dayanma və durma qaydasını pozarsa, məsuliyyətli şəxs yaxınlaşıb həmin nəqliyyat vasitəsinin ''bort-kompüter'' vasitəsilə bir neçə şəklini çəkib onun barəsində qərar qəbul etməlidir. Daha sonra isə həmin qərarı çap edib protokolu avtomobilin qabaq alın şüşəsinə qoymalıdır.

Bu qaydalardan bir çox sürücü xəbərsiz olduğundan onlar kamera ilə tərtib edilən cəriməni vaxtında ödəyirlər. Ödəməyənlər isə bir neçə ay qaldıqdan sonra həmin cəriməni dəfələrlə artıq, yəni dəbbə pulu ilə ödəyirlər.

Ərşad Hüseynov bildirib ki, mövcud problemi aradan qaldırmaq üçün İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə dəyişiklik olunmalıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ''Xəzər Xəbər''ə bildirib ki, həmin kameralar  qayda pozan sürücüləri avtomatik rejimdə çəkmir. Yəni kameraları Agentliyin əməkdaşları birbaşa idarə edirlər. Onlar kamera arxasında müşahidə aparır, pozuntuları aşkar edir, foto və video materiallar əsasında şəxs barəsində inzibati tənbeh vermə qərarı çıxarırlar ki, bu da elektron protokol demək deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Football news:

Smertin recalls Euro 2004: he almost fought in the joints, defended against the young Cristiano and understood the excitement of the Bridge
Gareth Southgate: We shouldn't be football snobs. In matches with top teams, diversity is important
Leonid Slutsky: I am still sure that the Finnish national team is the outsider of our group. They were very lucky against Denmark
I'm not a racist! Arnautovic apologized for insulting the players of the national team of North Macedonia
Gary Lineker: Mbappe is a world-class star, he will replace Ronaldo, but not Messi. Leo does things that others are not capable of
The Spanish fan has been going to the matches of the national team since 1979. He came to the Euro with the famous drum (he could have lost it during the lockdown)
Ronaldo removed the sponsored Coca-Cola at a press conference. Cristiano is strongly against sugar - does not even advertise it