Azerbaijan

Kia Çin bazarında satılan K5 sedanını təqdim edib - FOTO

Kia şirkəti Çin bazarında satılacaq K5 modelini nümayiş etdirib. Ənənəyə əsasən uzadılmış bazaya malik olan sedan, adi modeldən yalnız eksteryeri ilə deyil, həm də salonu ilə də fərqlənir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Çində satılan Kia K5 sedanının uzunluğu 4980 millimetrdir. Xatırladaq ki, adi sedanda bu göstərici 4905 millimetrə bərabərdir. Modelin oxları arasındakı məsafə 50 millimetr artaraq 2900 millimetrə çatıb. Bu fərq zahiri cəhətdən diqqəti cəlb etməsə də, GT Line modifikasiyasının arxa hissəsəsində buraxılış sisteminin cütlənmiş həqiqi çıxış borularını görmək olar.

Salonda da fərqlər mövcuddur: rəqəmsal cihazlar panelinin 12,3-düymlük displeyi və multimedia sisteminin eyni ölçülü displeyi ümumi şüşə altında birləşdirilib. Bənzər konfiqurasiyaya müasir Mercedes-Benz modellərində rast gəlmək olar. Eyni zamanda, havalandırma sisteminin deflektorlarının forması da dəyişdirilib, temperaturun tənzimlənməsi isə düymələr vasitəsi ilə həyata keçirilir.

Çində satılan Kia K5 modeli 170 at qüvvəsi və 253 Nm fırlanma anı hasil edən 1.5-litrlik turbomühərrik və 7-pilləli preselektuv "robot" ilə təchiz edilmişdir. Alternativ olaraq, 8-pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 240 at qüvvəli 2.0-litrlik turbomühərrik təklif edilir.

Milli.AZ

Football news:

Lampard on relegation from the League Cup: we Need to keep a positive attitude. Everything will come if Chelsea score second, leading the score
Call of nature, what can you do? Dyer explained why he ran to the dressing room during the match with Chelsea
Mourinho and Lampard shook hands before the penalty shootout. In the first half, they had a fight
Dest arrived in Spain to complete a transfer to Barca
Lionel Messi: I Am responsible for my mistakes. I wanted Barcelona to become stronger
Mourinho went to the dressing room in the 77th minute of the game with Chelsea to bring back Dyer, who was not replaced
Manchester City have announced the transfer of Ruben Dias from Benfica. Defender signed a 6-year contract