Azerbaijan

Kimlərə meyvə və tərəvəz smuziləri olmaz?

Dietoloq Marqarita Korolyeva meyvə smuzilərini karbohidrat mübadiləsi pozulmuş və köklüyə meylli insanlara tövsiyə etməyib.

Publika.az xəbər verir ki, bu barədə o, “RİA Novosti”yə danışıb.

“Xüsusi emal olunmuş smuzilərin tərkibində çox miqdarda vitamin, mineral və digər bioloji aktiv komponent var. Lakin karbohidrat mübadiləsi pozulan və kökəlməyə meylli insanlar üçün meyvələri yaxşıca çeynəyərək yemək məsləhətdir. Belə problemləri olmayan insanlar həm meyvə, həm də tərəvəz smuzilərindən istifadə edə bilərlər, amma sonuncularına diqqət yetirmək daha yaxşıdır. Xiyar, avokado, kərəvizdən hazırlanan smuzilər xüsusilə faydalıdır, həmçinin laym və ya limon suyu, çia toxumları, fındıq və qoz, təmizlənməmiş zeytun və ya kətan yağı əlavə edə bilərsiniz. Smuzini gündə bir dəfə, yemək aralarında içməlisiniz” , - dietoloq açıqlamasında bildirib.

Ancaq həkim Sergey Oblojko hesab edir ki, ən yaxşı seçim qarışıq meyvə və tərəvəz smuziləridir:

“Tərəvəz və meyvədən hazırlanmış smuzi sayəsində bir daşla iki quş vururuq. Çünki həddən artıq şirin meyvə smuzilərini yemək düzgün deyil. Müxtəlif kombinasiyalar çoxdur və yay smuzi hazırlamaq üçün ən yaxşı vaxtdır, müxtəlif meyvə və tərəvəz kombinasiyalarını sınaya bilərsiniz” , - S.Oblejko bildirib.

Aytən Məftun

Football news:

Juventus loaned Luca Pellegrini to Genoa
Palace, Brighton and Sheffield want to buy Brewster. Liverpool ask for 25 million pounds
Milan have offered 4 million euros for the striker Bodo-Glimt Gauge. He scored them in the Europa League
Atletico showed a photo of Suarez in three sets of uniforms
Lemar is Interesting to Leipzig
Chelsea midfielder Loftus-cheek is wanted by West ham, Southampton and Aston Villa
Khimki want to sign Mirzov, Djordjevic and Grigalava (RB-Sport)