Bir neçə həftə öncə məşhur aktyor Allahverdi Yolçuyevin səhhətində ciddi problemlər yarandığı və onun Parkinson xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Milli.Az xəbər verir ki, aktyor oxu.az-a intensiv müalicə aldığını bildirib:

"Sağ olsun bizim media əhli. Onların sayəsində xəstəliyimlə bağlı xəbərlər yayıldı. Bir çox klinikalar səsimə səs verdilər. Onlardan birində iki həftə intensiv terapiya keçdim. Nəticədə əllərimin durmadan əsməsi, 20 faiz də olsa, azalıb. Özümü ötən günlərdəkindən daha yaxşı hiss edirəm. Sağlamlığım işimə də birbaşa təsir etdi. İndi yenidən iş başına dönmüşəm. Mən ailəyə baxan insanam. Onları dolandırmalıyam. Ona görə də mütləq işləməliyəm".

Aktyor Türkiyədə müalicə alarsa, səhhətinin daha da yaxşılaşacağını bildirib:

"Xəstəliyimin müalicəsi Türkiyədədir. Çox istərdim ki, oraya gedib, müalicəmi bütünlükdə alım. İnanıram ki, orada dərdimə dərman tapılar və sağalıb, öz fəaliyyətimi saha sağlam şəkildə davam etdirərəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!