Azerbaijan

Moskvada dünyada ilk dəfə kuryerlərə abidə qoyulub

Moskvada dünyada ilk dəfə kuryerlərə abidə qoyulub. Çatdırma şirkətləri koronavirus pandemiyası dövründə öz əməkdaşlarının işini bu şəkildə əbədiləşdirməyi qərara alıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu heykəlin yaradılması üçün pul vəsaitini özünütəcrid rejimi dövründə malların evlərə çatdırılması ilə məşğul olan bir neçə Rusiya şirkəti ayırıb. Abidə çətin şəraitdə çalışan kuryerlərin fədakarlığına hörmət rəmzidir.

Layihədə iştirak etmiş şirkətlərin nümayəndələrinin sözlərinə görə, özünütəcrid rejimi dövründə təkcə Moskvada 60 mindən çox kuryer işləyib. Bütövlükdə Rusiyada isə çatdırma xidmətlərinə tələbat onlarca dəfə artıb. Onlar qeyd edirlər ki, hər gün sifarişlərin daşınmasını davam etdirən, beləliklə "bütün ölkədə çoxsaylı insanlar üçün özünütəcrid rejiminə imkan yaratmış" insanların əməyinə diqqət yetirməyi zəruri hesab ediblər.

Milli.Az

Football news:

Barcelona has signed 19-year-old Sao Paulo forward Maia for 4.5 million. Compensation – 300 million euros
A video of homophobic slurs against Chelsea fans was removed by a bookmaker after criticism from the club's LGBT fans
Lazio will play in the 2020/21 Champions League thanks to Roma's relegation from the Europa League
Zidane about the game with Manchester City: real are at a disadvantage, this match is like a final
Maurizio Sarri: My future at Juve does not depend on the match against Lyon. Otherwise, the management will present themselves as Amateurs
Norwich refused to sell defender Lewis to Liverpool for 10 million pounds
Maurizio Sarri: Lyon has improved. Juve will have a difficult match