Azerbaijan

Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı olan "Check Point Software Technologies" ən aktiv kibertəhdidlərə həsr edilmiş yenilənmiş araşdırmasını dərc edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, iyunda aşağıdakı zərərverici proqramlar geniş yayılıb: "XMRig", "JSEcoin" və "Cryptoloot". Bu proqramlar hakerlər tərəfindən kriptovalyutanın mayninqi üçün istifadə olunur.

Müdaxilə edilmiş qurğularda "root" girişin əldə edilməsi üçün "Android" əməliyyat sistemindəki boşluqlardan istifadə edən "Lotoor" zərərverici proqramı ən aktiv mobil təhdid olaraq qalır.

"Android Lotoor" üçün modulyar bekdor populyarlığına görə ikincidir, yüklənmiş zərərverici proqramlar üçün super istifadəçi hüququ verir, həmçinin onu sistem proseslərinə tətbiq etməyə kömək edir.

Mobil qurğular üçün ən aktiv təhdidlərin üçlüyünə "Ztorg" troyanları daxil edilib. Bu troyanlar "Android" qurğularda geniş üstünlüklər əldə edir və özlərini sistem kataloquna quraşdırırlar. Zərərverici proqram, həmçinin qurğuda istənilən başqa proqramı quraşdıra bilər.

Milli.Az

Football news:

Arteta on the absence Gendusa in the application: Some things should change, but they don't
Klopp on the championship corridor from city: I don't need it. We don't celebrate events from a week ago
Inter will announce the transfer of Hakimi after the end of the season
Zidane on Hames' words about Real Madrid: I understand him. He wants to play more, which is normal
The environment of Grisman outraged by the behavior of leopards. They believe that Messi can change the situation
CEO akhmata about Glushakov: We are happy with it. We will discuss the future at the end of the season
Arteta Pro 4:0 with Norwich: Arsenal are moving in the right direction