Azerbaijan

Naxçıvan Qarnizonu Qoşunlarında təlim başa çatdı - FOTO/VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə keçirilən iki tərəfli komanda-qərargah təlimi başa çatıb.

Müdafiə Nazirliyindən Publika.az-a istinadla xəbər verir ki, təlimin planına əsasən qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilib.

Təlimin vahid taktiki şəraiti fonunda 12 motoatıcı və mexanikləşdirilmiş bölük, 18 artilleriya və minaatan batareyası ilə döyüş atışlı taktiki təlim keçirilib. Bölmələr tərəfindən taktiki fəaliyyətlər və döyüş atışları icra edilib.


Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüter dəstəkli təlimdə qiymətləndirilib.

Təlimin sonunda fəaliyyətlərin təhlili aparılan zaman komandir və qərargahların döyüşün planlaşdırılması üzrə idarəetmə vərdişlərinin təkmilləşdirildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Football news:

The former Southampton coach said that the club refused to sell Bale to Manchester United for 3-4 million pounds
Fans will be able to support the team in the Danish championship match via Zoom. The stadium has a screen installed
Hasselbaink about Abramovich: After the transfer, Verona realized that Chelsea were taking things seriously
Van Gaal on working at Manchester United: The composition was age-related. The club has a turnover of 600 million pounds, and they can't buy the right players
Arsenal entered the fray for Coutinho
The Premier League will resume on June 17 with Manchester City V Arsenal and Aston Villa V Sheffield (The Telegraph)
In Moscow, they will only allow running in a mask. This is harmful, it is better not to run at all