Azerbaijan

Nazir müavini hərbi qulluqçuların pensiyasına dəyişikliklərlə bağlı məsələyə aydınlıq gətirib

Nazir müavini hərbi qulluqçuların pensiyasına dəyişikliklərlə bağlı məsələyə aydınlıq gətirib

“Hərbi ekspertlər belə məlumat yayıblar ki, guya hərbi qulluqçuların pensiyasında müəyyən dəyişikliklər ediləcək. Yəni hərbi qulluqçular pensiyaya çıxanda indi olduğu kimi, maaşında olan artım pensiyaya əlavə edilməyəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb: “Nazir bildirdi ki, bununla bağlı qanun layihəsi hazırlansa da, deyildiyi kimi bir şey yoxdur. İndeksasiya tətbiq etməklə bağlı dəyişikliklər olacaq. Nazir müavininin bu məsələyə aydınlıq gətirməsini istərdim”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin iclasda iştirak edən müavini Anar Əliyev bildirib ki, ölkədə əmək pensiyaları haqqında qanun hər zaman inkişaf edir: “Burada hər zaman sığorta prinsipinin genişləndirilməsi əsas götürülür. Bizim qanunvericiliyə dəyişikliklərlə bağlı yeni təkliflərimiz var. Hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği həmin şəxslərin əmək haqqına artım həyata keçirildikdə artırdı. Ümumi əsasla pensiyaların məbləği isə ölkə Prezidenti tərəfindən indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir. Yəni burada heç bir halda hərbi qulluqçuların pensiyalarının azalmasından söhbət gedə bilməz. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, bu şəxslərin pensiyalarının məbləği əmək haqları artandan-artana deyil, hər il indeksasiya aparılmaqla artırılsın. Qeyd etdiyim kimi, bu, hələ təklifdir. Eyni zamanda biz bu məsələləri Milli Məclislə də müzakirə etməyə hazırıq”.

Football news:

Pep Guardiola: no one cares about the players. There were 2 weeks of pre-season, and now matches every 3 days, and so 11 months
Akanji about 0:2 from Augsburg: Borussia showed too little in attack and defense
Hummels 0:2 in Augsburg: Borussia played well in many aspects, but did not create enough chances
Schalke have not won the Bundesliga in 18 consecutive rounds. The total score of the first two games of the season is 1:11
Real won with the help of VAR and decommissioned forwards. Jovic earned a penalty, mayoral a penalty
Robles on refereeing the match with Real Madrid and VAR: dubious episodes are always Interpreted in favor of top clubs
Conte on 4:3 with Fiorentina: impressed with Inter's attack. We didn't have enough balance, we paid for it