Azerbaijan

Netanyahu: “İsrailə qarşı istənilən hücuma cavab veriləcək”

“İsrailə qarşı istənilən hücumun cavabı veriləcək. Bu prinsip hücum edən hər kəsə şamil olunur”.

Publika.az TASS Agentliyinə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Knessetdə (parlamentdə) deyib.

O, Suriya və Livanla sərhəddə baş verən son hadisələr, eləcə də Qəzza zolağından atılan raketlərə bağlı bəyanatla çıxış edib:

"Bizə hücum etməyə çalışan hər kəsi vuracağıq və bu prinsip bizə hücum edən hər kəsə aiddir. İsrail ordusu Suriya cəbhəsində partlayıcı qurğular quraşdırmaq cəhdinin qarşısını aldı. Dünən növbəti hücuma qarşı hərəkətə keçdik. Təhlükəsizlik məsələsinə gəlincə, bir saniyə belə dincəlmirik”.

Qeyd edək ki, avqustun 3-nə keçən gecə, Suriya ilə sərhəd yaxınlığındakı Qolan yüksəkliklərində təhlükəsizlik hasarına partlayıcı qurğular quraşdırarkən 4 nəfər İsrail hərbi hücumu nəticəsində öldürülüb. Avqustun 2-də axşam Qəzzadan olan Fələstin qruplaşmasının üzvləri İsrail ərazisinə bir raket atıb. Həmlə “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən dəf edilib. Cavab olaraq İsrail qırıcıları sektordakı Həmas hərəkatının hərbi hədəflərinə hücum ediblər.

Xatırladaq ki, İsrail ordusunun sözçüsü Conatan Konrikus iyulun 27-də xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirmişdi ki, bir qrup silahlı şəxsin Livan ilə sərhədi keçməsinin qarşısını alıblar

Football news:

Leeds United have offered Bayern 20 million euros for Nuisance. Clubs in final stages of negotiations
Pep has already spent under 480 million on city's defence, and this week broke the club record for spending on a defender
The APL referees will be asked to soften the hand play. But the League cannot deviate from the rules
Lyon values Aouar over 40 million euros. Arsenal offered 35
Tottenham are not selling Mourinho's merch - because Chelsea still own the trademark rights. But it didn't stop Manchester United
Shomurodov is close to moving from Rostov to Genoa for 8 million euros (Sport Italia)
Pobegalov about 12 cases of covid in Shinnik: I hope we can start training by October 4