Azerbaijan

Nişan keçirmək istədilər, polis saxladı - FOTO

Şabranda karantin rejiminin qaydalarını pozaraq nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayon sakini Saleh Salahova məxsus fərdi yaşayış evində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək nişan mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ev sahibi və 7 məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Football news:

Liverpool agreed a 5-year contract with Jota. The transfer amount could be 43 million euros
I left everything and went to the other side of the world for my favorite team. The heartwarming story of a Norwegian fan in love with Santos
Lewandowski scored in the 1st round of the Bundesliga in 7 seasons and repeated the championship record
Gnabry scored a hat-trick against Schalke
Lewandowski scored for Schalke in their 10th Bundesliga game in a row. This is a League record
Gnabry scored the fastest goal in 18 years in the opening match of the Bundesliga
Manchester United have agreed a 5-year contract with Telles. It remains to be agreed with Porto