Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rusiya Patriarxına başsağlığı verib

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə başsağlığı məktubu göndərib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: Zati-müqəddəsləri, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan-Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin".