Azerbaijan

Qanın ümumi analizi xərçəngi göstərirmi? -

Qanın ümumi analizi ən ucuzu, ən asanı və savadlı həkim üçün xəstənin şəxsiyyət vəsiqəsi kimidir.

Çox oxucular soruşur ki, qanın təkcə ümumi analizi ciddi xəstəlikləri, xüsusən şişlərin olub-olmamasını göstərə bilərmi və bunu necə bilək?

Milli.Az medicina.az-a istinadən bildirir ki, bəli, bu mümkündür. Düzdür, qanın ümumi analizini həkimdən başqası düzgün dəqiq təhlil edə bilməz. Amma yenə də bəzi məqamlar xəstəyə çox şeyi bəlli edir.

- Qanın ümumi analizində əsas leykositlərin səviyyəsinə baxılır. Məhz bu qan hüceyrələri infeksiya və mikrobla mübarizə aparır. Əgər onlar normadan yüksək çıxıbsa, deməli orqanizm iltihabi, virus və ya bakterial bir xəstəliklə mübarizə aparır. O xəstəliyin harda olmasını isə terapevt təyin edəcək

- Neytrofillər - mikrob və bakteriyaları udur. Leykositlərə kömək edir. Yüksək olması ciddi iltihaba işarədir. Xüsusən kəskin appendisit, hər hansı daxili iltihabda kəskin artır.

- Eozinofillər - allergiya, qurd, parazitlərə işarədir. Yüksəkdirsə, bundan şübhələnmək olar.

- Hemoqlobin - azdırsa, deməli qanazlığı, dəmir defisiti var. İnsanın yorğun, halsız, bənizi ağ, gözünün altı tünd, ürək ritmi artıbsa, mütləq qanda hemoqlobin az çıxacaq. Normadan aşağı yəni 120 minimum həddir. 120 -dən aşağı rəqəm qanazlığıdır və buna keçəcək deyə yanaşmaq olmaz.

- Eritrositlər - azalıbsa deməli anemiya var. Əgər artıbsa, çox yüksəkdirsə ciddi zəhərlənmə, bədənin toksinləşməsi, ürək-damar xəstəlikləri ola bilər

- Trombositlər - qanın laxtalanmasına cavabdehdir. Yüksəlibsə qan çox qatıdır və tromb yaranır və ya yaranacaq. Azalıbsa qan həddən artıq durudur, damardaxili qanaxma, qansızma ola bilər. Eləcə də bu göstəricilər xəstə hər hansı dərmanlar, qandurulaşdırıcılar qəbul edəndə dəyişir.

- Eritrositlərin çökmə sürəti - EÇS (ROE) deyilən göstərici əsas məsələni göstərir. Normadan yuxarı çıxma bədəndə ciddi iltihabi proses, irin, hər hansı kist və onkoloji prosesə işarədir. Adətən göstərici 100-ə yaxın və ya ondan çox olanda onkoloji şübhə araşdırılır

Milli.Az

Football news:

Highlight of the month: the Rangers forward scored from 50 meters (the farthest goal in the history of the Europa League). Gerrard says he's never seen anything more beautiful 😍
Mourinho on 3:0 with LASK: Difficult opponent, but Tottenham played so that the victory seemed easy
Stefano Pioli: Milan is not an ordinary team. He plays with less dedication after the Derby
Barca players - report on salary cuts: We are not going to put up with the violation of our rights by the club
Milan are 21 games unbeaten in all competitions. Next game - with Roma
A year ago, a forest was planted at the rival CSKA stadium. The author paid attention to the felling of trees
Conceisau about the refereeing of the game with Manchester City: I Apologize to the Portuguese referees after what I saw here