Azerbaijan

Rusiyanın baş prokuroru BMT TŞ-nın Qarabağla bağlı qətnamələrini DƏSTƏKLƏDİ

Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın və Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suvereneliyinə qarşı bəyanatları, habelə terrorizmin təbliğinə açıq çağırışlara dair çıxışları yayılıb.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova rəsmi müraciət edərək cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş edib.

Oktyabrın 1-də Rusiya Federasiyasının Baş prokuroru rəsmi məktubla cavab verərək hər hansı ölkənin ərazisində qanunsuz əməllərin törədilməsinə, həmçinin kütləvi informasiya vasitələrində millətlərarası nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlar edilməsinin yolverilməzliyini və bu kimi hallara obyektiv hüquqi qiymət verilməsinin vacibliyini qeyd edib.

Həmçinin Dağlıq Qarabaq münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərar və qətnamələrinə əməl edilərək beynəlxalq humanitar hüququn çərçivəsində həllinə dair mövqeyini də bildirib.

Bundan başqa, Rusiya Federasiyasının Baş prokuroru Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf etdiriləcəyinə ümidvar olduğunu da xüsusi vurğulamışdır.

Football news:

Lampard thinks Messi is better than Ronaldo: I Choose Lionel because of pure, natural talent
He really wanted to play football, but he knew that he would not become a professional. Then he wrote a book about his favorite game
Structurally, Juve and Barcelona are very similar. Koeman won the case, and Pirlo smartly explained the tactics after the match
Alex telles has contracted the coronavirus
Dietmar Hamann: Manchester City have reached the ceiling under Guardiola. He is still in charge thanks to his achievements at Barca
CSKA hosts Dinamo Zagreb. How will the match end?
Jose Mourinho: I Would like to have bale's reputation. He has 4 Champions League, I have only 2