Azerbaijan

Şərab koronavirusun gedişinə təsir edir?

Elm adamları qırmızı və ağ şərabın tərkibindəki antioksidanın bədəndəki ACE2 fermentinin miqdarını artırdığını və bunun da öz növbəsində koronavirus infeksiyasının gedişatını yüngülləşdirdiyini təsbit edib.

Milli.Az xəbər verir ki, bu barədə Kanadanın Laval Universiteti araşdırma aparıb.

Moskva Dövlət Universitetinin Molekulyar Biologiya Laboratoriyasının aparıcı elmi işçisi Roman Zinovkin şərabın tərkibində olan zəruri fermentin - antioksidant resveratrolun ifrazına kömək etdiyini izah edib. ACE2 çatışmazlığı iltihaba səbəb olan, qan damarlarını sıxan və endotelə zərər verən AngII peptidinin ifrazını artırır. ACE2-nin çox olması isə virusun hüceyrəyə həddindən artıq nüfuz etmə şansını çoxaldır.

"Buna görə də ACE2-nin çatışmazlığı və AngII-nin artıq olması CoViD-19-un gedişinə mənfi təsir göstərir" , - həkim açıqlamasında bildirib.

Resveratrol hüceyrələrin immunitet fəaliyyətini də azaldır. Bununla birlikdə mütəxəssislər qeyd ediblər ki, koronavirusun yaratdığı tənəffüs çətinliyi sindromu zaman immun sistemi əksinə, həddindən artıq aktivdir, odur ki, bu vəziyyətdə antioksidant müsbət təsir göstərə bilər.

Resveratrol şərabla yanaşı püstə, fıstıq, kakao, üzüm dəriləri, yaban mersini və zoğalda da olur. (publika.az)

Milli.Az

Football news:

Pjanic on the best partner: Ronaldo before moving to Barca
Allegri can lead the Roma
Miracles in the PFL: Tuapse did not have enough players for the match, they put up two fake players - and did not lose to one of the leaders
Kevin-Prince signed a 1-year contract with Monza (La Gazzetta dello Sport)
I'm busting my ass at PSG for this chance
Pjanic on his move to Barca: Ronaldo was disappointed but said he was very happy for me
Chelsea sign goalkeeper Rennes Mendy