logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Siyavuş Novruzov: Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük inkişaf və uğurlar davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasəti bundan sonra da effektiv transformasiyanı, daha dərin islahatların aparılmasını zərurətə çevirir".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP-ın İcra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında parlamentin buraxılması zərurəti haqqında çıxış edərkən deyib.

O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır: “Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək”.

S. Novruzov söyləyib ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik sahəsini də əhatə etməsini təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir: “Belə ki indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə, dərin islahatlar strategiyasına uyğunlaşmasına, dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”.

Novruzov xatırladıb ki, YAP-ın Siyasi Şurasında aparılan müzakirələrdə Milli Məclisin sədri Oqtay Əsədov da iştirak edib. Hakim partiyanın deputatı həmkarlarını müzakirəyə çıxarılan məsələyə səs verməyə çağırıb.

Themes
ICO