logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Soğan suyu içməklə hamilə qalmaq olarmı?

Hamilə qalmaq, ginekoloji problemləri həll etmək üçün qadınlar arasında "dərman", möcüzəvi vasitə kimi təqdim olunan soğan suyu barədə bizim təhsil aldığımız universitetlərdə, elm ocaqlarında hər hansı məlumat verilmirdi. Bizə bu və bunun kimi "müalicə metodları" barədə nəsə öyrədilməyib. Açığı, həmin elm ocaqlarında çalışan lektorlar, professorlar bu məsələlərə şəxsi baxışları zəminində münasibət bildirirdilər.

Tələbəlikdə müəllimlərdən soruşurduq ki, filan ginekoloji problemlərin həllində xalq təbabəti metodlarından istifadə olunmalıdırmı? "Bunlar hamısı cəfəngiyyatdır, nə inanın, nə də xəstələrinizə onlardan istifadə etməyi tövsiyə edin" deyən müəllimlərimiz çox olurdu. Amma hansı həkim ki, bunlardan fayda görürdü, ya da öz praktikasında şəxsən bunlardan istifadə etməsə belə, istifadə edənləri tanıyırdı, onlar deyirdilər ki, belə müalicələrə də yer verin, özünüz məsləhət görməsəniz də, edənləri uzaqlaşdırmayın, istifadəsini əngəlləməyin.

Burada diqqət olunası vacib məqam mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilməsi hallarıdır. Bəzi "ara həkim"lərindən, ya da necə adlandırılmasından asılı olmayaraq, tibbə dəxli olmayan insanlardan uzaq durmağı hər zaman tövsiyə edirik. Onların nəyi necə hazırladığı, həmin maddələrin orqanizmə hansı ziyanının olub-olamaması sual altındadır.

Amma soğan suyu, kartof suyu içənlər, keçibuynuzundan istifadə edənlər hər zaman olub. Yəni, xalq arasında istər ovulyasiyanı, istər kişi potensiyasını artırılan vasitələrdən bu gün də istifadə edilir. Şəxsən mən onların müsbət təsirini öz praktikamda da görmüşəm. Amma mən həkim olaraq xəstənin reseptinə "soğan suyu iç" yaza bilmərəm. Xəstə mənə deyəndə ki, soğan suyu içsinmi, belini çəkdirsinmi, o zaman deyirəm ki, istifadə et, müsbət nəticə əldə etsən, nə gözəl, biz də buna sevinərik. Çünki bizim məqsədimiz sizin övlad sahibi olmağınızdır. Mənim vasitəmlə olması çox da önəmli deyil. Yetər ki, pasiyentin üzü gülsün, müsbət nəticə əldə olunsun. Ona görə öz təcrübəmdə də xalq təbabətinin müsbət nəticələrini görənləri tanıdığım üçün onlara mənfi yanaşmıram. Amma özüm şəxsən kiməsə məsləhət görmərəm ki, mənim təyin etdiyim müalicənin nəticəsi müsbət olmasa, soğan suyu iç, ya başqa xalq təbabəti metodlarından yararlan.

Pasiyent müalicənin nəticəsi müsbət olmayanda soruşur ki, "doktor, daha nə edə bilərik ki, nəticə əldə edək?" Biz onda "Ən yüksək nəticə əldə etmək üçün lazım olan hər şeyi etdik" deyirik. Alınmadısa, yenə də onun təkrarını edirik, ta ki, nəticə əldə olunana kimi.  Çünki burada başqa yol görmürük. Məsələn, elə xəstə var 1-ci, eləsi var 5-ci, eləsi də var 10-cu dəfə edilən süni mayalanmadan sonra hamilə qalır. Təbii ki, buna həm xəstənin maddi gücü yetməlidir, həm də mənəvi baxımdan buna hazır olmalıdır.

Amma bəzən ilk dəfə edilən müalicənin nəticəsi olmayanda həm maddi vəziyyətlə bağlı problemə, həm də haqlı olaraq həkimə inamsızlıq yarandığına görə xəstə deyir ki, "filan yerdə filan xalq təbabəti üsulu ilə də hamilə qalanların olduğunu deyirlər". Soruşurlar ki, "onu etmək olarmı?" Onda deyirəm ki, "bəli, onu da sınayın". Çünki o tip hallara "yox" demək olmur. Sonsuzluq probleminin daha çox psixoloji problem olması ehtimalı yüksəkdir. Xəstələrin bəlkə də 30-40 faizində belədir. Bu da kiçik rəqəm deyil. Psixoloji zəmində olan problemlər daha ön plandadır.

Həmin problemlər hormonal balansı pozduğu üçünmü belə olur, yoxsa başqa yöndə təsir edir, bunu deyə bilmərəm. Amma beyindəki sinir hüceyrələrinin bütün orqanlara, bütün toxumalara təsir elədiyini bildiyimiz üçün deyirəm ki, sinir, psixoloji problemlər hamiləliyin baş tutmamasına, ovulyasiyanın pozulmasına təsir edir.

Dolayısı ilə desək, müalicə əsnasında xəstə daim gərginlikdə olur, biz bunu hiss edirik.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, müsbət nəticə alana kimi stress keçirirlər. Elə bilin ki, imtahan verən tələbə nəticələr elan olunana kimi necə özünə yer tapa bilmirsə, imtahandan keçib-keçməyəcəyini bilmirsə, onlar da buna bənzər hisslər keçirirlər. Biz çox da "bu haqda düşünməyin, başınızı başqa şeylərlə qatın, fikrinizi yayındırın" desək də, olmur. Çünki insan ruhdan və bədəndən ibarətdir. Biz ruhu nəzarət altına ala bilmirik.

İnsan var, müalicənin nəticəsi müsbət olmayanda, aybaşı başlayanda elə bil, dünya başına yıxılır, insan da var, bu mənfi nəticəni bir qədər rahat qəbul edir. Elə şəxslərlə işləmək də rahat olur. Amma birinci növ insanlar sanki müsbət nəticə almamaq üçün proqramlaşıblar. Belə adamlara həmin o xalq təbabəti metodları sanki göydəndüşmə olur. Ənənəvi müalicə bitir, xəstə gedir ya soğan suyu içir, ya belini çəkdirir. Orda artıq onun əvvəlki stressi qalmır. Bəlkə də ümidlə getmir, nəticə gözləmir, deyir "soğan suyu da içim", nə olar-olar. Bu zaman onun stressi də olmur, ya da deyir ki, bunu da edim, bir-iki ay keçsin, imkanım olsa, yenə gedərəm müalicəyə başlayaram. Və bu sakitlik dövründə xeyli sayta hamilə qalan xəstəmiz var.

Bu da metoddur. Mən şəxsən təcrübəmdə bundan da istifadə edirəm. Bir xəstəni dalbadal müalicə etmirəm, "arada dincəlmək lazımdır", deyirəm. Əslində, o dincəlmə dövrü xəstənin sakitləşməsi, bəlkə də özünün hamilə qalacağı şansını yoxlamaqdır.

Amma pasiyentlərə hər zaman deyirəm ki, tərkibi bəlli olmayan "dərmanları", qarışıqları sizə tövsiyə edən, "bunu iç uşağın olacaq" deyən adamlardan uzaq olun...

Milli.Az

Themes
ICO