Azerbaijan

Vətəndaşın sosial məsuliyyəti birinci yerdə dayanır - Deputat

“Koronavirus pandemiyası bütün dünyaya yayılıb və ölkələr virusla mübarizə aparırlar. Hansı ölkələr hazırda daha ciddi addımlar atırsa, o ölkələrdə müsbət nəticələr əldə olunur. Virusu talenin öhdəsinə buraxan ölkələrdə isə koronavirus tüğyan edir və insanlar infeksiyadan əziyyət çəkirlər, yoluxmaların, virus qurbanlarının sayı artır”.

Bunu Publika.az-a danışan deputat Azər Badamov deyib.

O qeyd edib ki, Azərbaycan belə ölkələrdən fərqli olaraq ilk gündən başlayaraq virusa qarşı tədbirlər görüb, infeksiyanın yayılmasına qarşı ciddi nəzarət və karantin tədbirləri tətbiq olunmağa başlanıb:

“Koronavirusun yayılma dinamikasının azalması nəzərə alınaraq karantin rejimində yumşalmalar həyata keçirildi və insanlara sərbəstlik verildi. Vətəndaşlarımızın bəzilərində məsuliyyətsizlik hissi var. Bu məsuliyyətsizlik sayəsində karantin rejiminin qaydalarına düzgün əməl olunmadığından virusun yenidən yayılması vüsət aldı və gündəlik yoluxmaların sayı 300-ü ötdü. Bu, təəssüfdoğurucu bir haldır. Çünki biz bu vəziyyətlə qarşılaşmamalı idik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi olan maska taxmaq, sosial məsafənin gözlənilməsi və şəxsi gigiyena qaydaları tələblərinə tam şəkildə və düzgün əməl olunmalı idi. Ancaq vətəndaşlarımızın əksəriyyəti maskadan düzgün istifadə etmir və onu çənələrinə taxmaqla kifayətlənir. Bu şəxslər kimlərisə aldatmağa çalışırlar. Onlar düşünməlidirlər ki, bu əməllərlə başqalarını yox, məhz özlərini aldadırlar və həyatlarını təhlükə altına atırlar”.

Deputat bildirib ki, dövlətin yenə də ciddi karantin tədbirləri tətbiq etməyə ehtiyacı var: “Həftəsonları qapanmalar həyata keçirilir. İctimaiyyət arasında bu şəkildə karantin qaydalarının tətbiq edilməsi ilə bağlı tamamilə reallığı əks etdirməyən məlumatlar var. Biz də bu təcrübəni oxşar istiqamətdə effektiv nəticələr əldə etmiş ölkələrdən götürmüşük və o qaydaları tətbiq edirik. Düşünürəm ki, tətbiq olunacaq hər bir qayda virusa yoluxmaların sayının azalmasına və insanların sağlamlığına xidmət edir. Hər bir vətəndaş da bunu dərk etməlidir. Çünki dövlət bütün gücünü bu istiqamətə yönəldib, iqtisadi imkanların hamısı koronavirusla mübarizəyə səfərbər olunub. Biz də dövlətin tətbiq etdiyi qaydalara, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməsək, təbii ki, tətbiq olunacaq rejimin daha da sərtləşdirilməsi zəruri olacaq. Hər şeydən əvvəl burada vətəndaşın sosial məsuliyyəti birinci yerdə dayanır”.

Akqabay Mıradov

Football news:

Real want to sign Mbappe in 2021. Madrid is confident that he will not extend his contract with PSG
Barcelona offered Coutinho to Arsenal and Newcastle (Goal.com)
Klopp about FFP: Yesterday wasn't a good day. If the richest clubs and countries do what they want, it will complicate the situation
Bale trolls real even on the bench: bored, sleeping and looking through a telescope
Klopp on the abolition of the ban city: I'm glad. If they had 10-12 fewer games, the NPL teams would not have a chance
Rashford is PSG's priority transfer target. Manchester United wants more than 100 million pounds for it
Barcelona presented the form for the next season. Messi participated in the presentation