Azerbaijan

Vəzifəli şəxs 3 min manat cərimə edildi

Füzuli rayonu Qazaxlar kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Publika.az xəbər verir ki, Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə tullantıların qanunvericiliyə uyğun idarə edilmədiyi və qalaqlanaraq yandırıldığı məlum olub.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov barəsində protokol tərtib olunub və o, 3 000 manat məbləğində cərimə edilib.

Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Football news:

Rakitic on the European super Cup: I want to make Bayern suffer
It turns out that in Italy they wrote a book about Streltsov - we were also surprised! And we found out from the author why he suddenly chose a Soviet hero
Suarez's examiner: we didn't pass questions to him. It's a lie that he can't conjugate verbs
Havertz on Barnsley's hat-trick: this is just the beginning, I want to score even more
RFU - Barnaul Dynamo: for payments for Sobolev, you need to contact Spartak
Barcelona - Suarez: Thank you for these 6 years! Player moved to Atletico
18-year-old Spartak youth midfielder Shiltsov called up to the first team (Sport24)