Azerbaijan

Viruslar haqqında bilmədiklərimiz -

İnsan DNT-sinin yüzdə 8-də virus geni var. Viruslar ümumiyyətlə tək zəncirli RNT molekullarını daşıyan sadə protein qabıqlarıdır, lakin sadə olduqları üçün asanlıqla çoxalırlar və xəstəlik törədən ən təhlükəli orqanizmlər sırasındadırlar. Koronavirus epidemiyasından bildiyimiz kimi, parazitar viruslar tutduğu hüceyrənin içərisində sürətlə çoxalır.

Milli.Az lent.az-a istinadən viruslarla bağlı yazını təqdim edir.

Viruslar necə çoxalır?

Virus öz RNT-sini hüceyrəyə vuraraq tutur və dərhal özünü təkrarlamağa başlayır. Ev sahibi hüceyrə su torbası kimi partladıqdan sonra içindəki viruslar qanla qarışır və yeni hüceyrələr axtarır.

Viruslar yaşayır, yoxsa təbii mikroskopik robotlardırmı?

Tək telli RNT ən sadə genetik kodlardan biri olduğu üçün, viruslar da yer üzündə həyatın mənşəyi ola bilərmi?

Əvvəlcə, virus qalıqlarının harada olduğuna diqqət yetirək.

Virusları bilmək üçün onların bakteriyalar kimi klassik mikroskopik növlər olmadığını anlamaq lazımdır. Məsələn, 3,5-4 milyard il əvvələ aid təbəqələrdə və stromatolit daşlarında bakteriya qalıqlarına rast gəlirik və bu süxurların bakteriyalar tərəfindən əmələ gəldiyini söyləyə bilərik. Bununla birlikdə, tipik bir virus bakteriyalarından 1000 qat daha kiçik və kövrək olduğundan viruslar təbiətdə fosil izləri qoymur. Ancaq qədim virusların genləri insan DNT-sində yaşayır. Virusların canlı növlərin və toxunulmazlığın təkamülündə oynadığı rola baxaq.

Viruslar 4 milyard il əvvəl dünyanı fəth etdi və bu gün hər yerdə var. İnsanlar bir yana qalsın, hətta bakteriyalara yoluxurlar. Onların hamısı koronavirus kimi xəstəliklərə səbəb olmur, ancaq hər daşın altından çıxırlar. Viruslar, yeni dərmanlardan fərqli iqlim şəraitindək, dəyişməyə o qədər tez uyğunlaşırlar ki, çoxalmaq üçün başqa canlılara ehtiyac duymasalar, bir gün dünya yaşanmaz hala gəldiyində, ən son tükənən orqanizmlərdən olurdular.

Bəs bu necə oldu?

Viruslar, hətta, mövcud olduqlarından xəbərdar deyillər. Onlar, qeyd edildiyi kimi, tək telli RNT genetik kodunu daşıyan və özünü hüceyrələrə yapışdıraraq təkrarlayan sadə bir protein qatdır.

Bəs necə oldu ki, dünyanı fəth etdilər və canlı növlərinin təkamülündə mühüm rol oynadılar? Bu sualın cavabı virusların və həyatın mənşəyindədir. İnsan DNT-sindəki köhnə virus genləri artıq bizi xəstələndirmir. Əksinə, bu genlər bir çox virusa qarşı toxunulmazlığımızın səbəbidir və eyni zamanda virusların son 4 milyard ildə necə inkişaf etdiyini göstərir.

Bəs viruslar nə üçün bu qədər uğur qazanır?

Bunun səbəbi çox sadə olmalarındadır. Onlar çoxlamaq üçün çox qida qaynağına ehtiyac duymurlar.

Çox balacadırlar...

Viruslar metrin bir neçə yüz milyondan biri qədərdir. Bunlardan ən böyüyü olan minivirus 500 nanometrə çatır (1 nm metrin milyarddan biri, yəni metrin yalnız 50 milyondan biri deməkdir). Bu gün kommersiyalaşdırılacaq ən kiçik kompüter prosessorunun 5 nm (Samsung və TMSC) olduğunu nəzərə alsaq, minivirus bu çipdən 100 dəfə böyükdür.

Elm adamları, virusların genetik mənşəyini araşdırmaq üçün virusların köhnə qolu olan paleovirologiyanı inkişaf etdirdilər. Onlar insanlardan mollusklara və bakteriyalara qədər bütün canlıların genetikasına baxırlar və DNT-lərində virus genləri axtarırlar.

Bir virusun hüceyrəyə sirayət etməsi üçün ona bir açar kimi oturması və membranın qapısını açması lazımdır. QİCS-ə səbəb olan HİV virusu, membran zərfinin quruluşunu və reseptorlarını o qədər tez dəyişir ki, insanın immun sisteminin yarada biləcəyi antikorların birləşməsini üstələyir. İmmunitet sistemini məğlub etdikdə QİÇS-ə səbəb olur. Virusun sürətlə forma dəyişməsi və maskalanması HIV peyvəndi hazırlamağı çətinləşdirmişdi.

Viruslar canlıdırmı?

Viruslar ümumiyyətlə canlı hesab edilmir. Gənə kimi klassik parazitlərdən fərqli olaraq, digər hüceyrələri yalnız qidalandırmaq və çoxaltmaq üçün deyil, həm də öz bədənlərini (protein qatını) qorumaq üçün bakteriyalarla başqa hüceyrələrə yoluxmalıdırlar. Yəni, yaşamaq üçün lazım olan enerjini öz bədənlərində istehsal etmirlər və daxili işlərini idarə edə bilmirlər.

Milli.Az

Football news:

19-year-old midfielder Sevikyan made his debut for Levante in La Liga. He is a pupil of Lokomotiv
Barca Director Amor: Messi gave a lot to the club, and the club gave a lot to Leo. I hope he finishes his career here
Dele Ayenugba: they didn't believe in African goalkeepers in Europe, but now a Senegalese is playing in Chelsea, and a Cameroonian is playing in Ajax
Bavaria has watched the midfielder, Inter Aguma. He was included in the list of the best born in 2002
Davies can play in the match Bayern-Lokomotiv, Kimmich-at the beginning of the new year
Barcelona can sign Atalanta midfielder de Ron for free
Hyslop on the racism of Newcastle fans: from 50 yards they insulted me, from 50 feet they sang my name