Azerbaijan

Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib -

Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu rusiyalı baş infeksionist Vladimir Nikiforov Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Hədəf" verilişində deyib.

O, məsləhət xidməti, eləcə də koronavirus infeksiyası iə mübarizədə təcrübə mübadiləsi ilə bağlı Rusiyaya, xüsusən də Federal Tibbi-Bioloji Agentliyə müraciət etdikləri üçün Azərbaycan rəhbərliyinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

V.Nikiforov qeyd edib ki, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkədir:

"Nəzərə alsaq ki, sizdə də koronavirusa yoluxma sayı yüksəkdir, bu gün həmin infeksiyanın müalicəsi ilə bağlı müəyyən təcrübə yaranıb. Ona görə də biz buraya azərbaycanlı həkimlərin təcrübəsi ilə tanış olmağa gəlmişik ki, xəstələrin müalicəsinə vahid yanaşmanı uyğunlaşdıraq. Azərbaycanda olduğumuz qısa müddət ərzində biz Bakıda 3 iri xəstəxananı ziyarət etdik və həmkarlarımızın xəstələrin müalicəsinə yanaşması ilə tanış olduq. Böyük məmnunluqla bildirirəm ki, azərbaycanlı həkimlər bir çox sahələrdə, təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib".

Onun sözlərinə görə, bu cür mürəkkəb fors-major vəziyyətində, infeksiya ilə mübarizənin altı ayı ərzində həm Rusiyada, həm də Azərbaycanda bu işə cərrahlar, ginekoloqlar, eləcə də digər sahədən olan həkimlər qoşulub:

"Azərbaycan koronavirusun müalicəsində öz protokollarını hazırlayıb, amma biz də müalicə ilə bağlı təcrübəmizi bölüşə bilərik. Çünki Rusiyada bu infeksiya daha əvvəl qeydə alınıb, bundan əlavə, bizim ölkəmiz daha böyükdür və müvafiq olaraq yoluxanların sayı dəfələrlə çoxdur. Biz çox səhvlər etsək də, bizim praktiki təcrübəmiz daha çoxdur".

Football news:

Fomin about career abroad: I don't plan so: in 20 — FNL, in 22 — RPL, in 24 — Europe. I move step by step
Mendes suggested Manchester United's Fati as an alternative to Sancho. Barcelona will not sell the midfielder and will extend his contract
Sevilla goalkeeper bunu about the 11-meter shot: he Coached a penalty with Ocampos. He is hitting the same way as Jimenez
Coach Porto conceição can change Conte at the head of Inter
Hans-Dieter flick: I Think Tiago should play in the Premier League. He wants a new challenge
Coutinho can play against Barca. The contract does not specify a ban on his participation in the match
The real life thinking about to return to Zeballos. The decision is up to Zidane