logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo
star Bookmark: Tag Tag Tag Tag Tag
Azerbaijan

Xəstələnək, qorunaq, yoxsa peyvənd ? –

Son aylar dünyada, eləcə də Rusiyada və Azərbaycanda aktivləşən qızılca çox insanların yuxusunu ərşə çəkib.
Daha çox valideynlər övladlarının bu xəstəlikdən ağır vəziyyətə düşəcəyindən qorxur. Çünki pediatrlar peyvəndsiz uşaqların qızılcanı daha çətin keçirdiyini bildirir, hamını peyvəndə səsləyir, Səhiyyə Nazirliyi isə hətta böyüklərin və peyvənd olunmuşların da bu yaxında peyvəndə cəlb ediləcəyini bildirir.

Milli.Az medicina.az-a istinadən qızılca ilə bağlı ünvanlanmış  ən aktual sualları toplayıb, onlara cavabları təqdim edir.

1. Qızılca adi uşaq xəstəliyidir. Ondan niyə qorxaq? Bir dəfə xəstələnək, canımız qurtarsın.

Qızılca - ciddi, ağırlaşmaları olan  infeksion xəstəlikdir. O, heç vaxt yüngül keçməyib. Əgər uşaq peyvənd olunubsa, bir qədər yüngül formada keçirə bilər. Peyvəndsiz uşaqda qızılca bu gedişatla başlayır: yüksək hərarət, bağırsaq pozulması, öskürək, burun axması, titrətmə. Klassik səpkilər yalnız yalnız 4 -5 gündən sonra üzə çıxır. Ləkəli -papulyozlu səpki üz və boyunda, daha sonra əllərdə və bədəndə yayılır. Ən sonda aşağı ətraflarda görünür.

2.Qızılcanın ən dəhşətli ağırlaşmaları hansılardır ki, insanı öldürə bilir?

Belə ağırlaşmalar çoxdur. Ən təhlükəliləri: ensefalit, pnevmoniya, miokardit - ürəyin iltihabı xəstənin ölümü ilə nəticələnə bilər. Eləcə də gözləri zədələyə bilər ki, uşaq ömürlür gözdən əlil olar.
Ən pisi qızılcanın yoluxucu olmasıdır. Yoluxma şansı yaxınlıqda olan insan üçün 95%-dir.

3.Yaxşı olmazmı, peyvənd olmadan elə xəstələnək, immunitet yaransın?

Xeyr. Bu böyük riskdir. Peyvənd dünyada 60 ildir aparılır, hələ qızılca peyvəndindən ölən olmayıb. Amma qızılcadan ağırlaşanlar, ölənlər var. Əgər bir dəfə peyvənd olunubsa insan 93% effektivlik var, ikinci dəfə olunubsa artıq 99%-dir.

Əgər siz heç vaxt qızılca peyvəndi olmamısızsa, heç vaxt qızılcaya yoluxmamısızsa və qanda qızılcaya qarşı antitel yoxdursa - bunu qan analizi ilə təyin edirlər - o zaman mütləq peyvənd olunmalısız.

4. Uşaqlar və böyüklər necə, nə vaxt peyvənd olunmalıdır?

Milli peyvənd təqviminə görə uşaqlar 2 dəfə - 1 və ya 6 yaşında qızılca peyvəndi olunmalıdır. Böyüklər əgər qanda antitel yoxdursa, istənilən vaxt peyvənd oluna bilər. Bİr dəfə peyvənd olunduqdan sonra müəyyən müddət keçdikdən sonra ikinci dəfə peyvənd ala bilərlər.

  Xarici ölkələrdə uşaqlar 1 yaşında ilk dəfə, revaksinasiya isə 4-6 yaş arası aparılır.

  5.Bağçada və ya məktəbdə kimdəsə qızılca aşkarlanıbsa, nə etməli, uşağı necə qorumalı?

Əgər uşağın getdiyi yerlərdə, hətta qonşuda da qızılca aşkarlandısa, siz uşağınızı dərhal pediatra göstərib, profilaktika tədbiri görüb, peyvənd olunmayıbsa, peyvənd etdirməlisiz. Əgər uşaq 12 aylığa kimidirsə, ona qıcılcalı uşaqla kontaktdan ən geci 5 gün keçməyərək immunoqlobulin yeridilir. Əgər 1 yaşından yuxarı uşaqdırsa təcili peyvənd olunur.

6.Peyvənd olunmuş uşaqların da 5%-i qızılcaya yoluxur. Onlar xəstəliyi necə keçirir?

Əgər uşaq 2 dəfə, yəni tam peyvənd olunubsa, qızılcaya tutulma şansı çox azdır. Demək olar ki, tutulmur. Əgər xəstələnsə də adi qrip kimi keçirir, ağırlaşma çox nadir halda ola bilər, səpkilər çox az olur.

7.Uşaqlıqda peyvənd olunmuşam, indi mən qızılcaya yoluxmayacam?

Əgər bir insan qızılcadan ikiqat - yəni 2 dəfə peyvənd olunubsa, immunitet orta 25 il infeksiyaya qarşı davamlı olur.
Ona görə yaşı 30-u keçmiş insanların 2 yolu var:
-Ya qan analizi verib, qızılcaya qarşı antitelin olub-olmadığını dəqiqləşdirib, sonra peyvənd etdirməli.
-Ya da analiz vermədən təkrar peyvənd etdirməli.
Hər iki variant xeyrinədir.

Milli.Az

Themes
ICO