Azerbaijan

Xeyir iş görən qeyri-müsəlmanların aqibəti necə olacaq?

Əgər kimsə Allahı, Peyğəmbəri (s) və məadı qəbul etməzsə, ancaq xeyir iş görməklə məşğul olarsa - aqibəti necə olar?

"Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud İlahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz". ("Hud" 15).

"Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən)boşa çıxacaqdır". ("Hud" 16).

Bu iki ayədən belə nəticəyə gəlmək olur ki, insanın əməli niyyət və etiqadından asılıdır. Əgər kiminsə Allaha, Peyğəmbərə (s), məada imanı olmazsa, xeyir işi dünya üçün görər. Yəni, xeyir iş görməkdəki niyyəti - dünya mənfəəti olar. Ona görə də axirətdə də nəsibi dünya olar.

Ancaq əgər insan Allah razılığını qazanmaq üçün yaxşı əməl yerinə yetirərsə, həm dünyada və həm də axirətdə savaba çatar. O kəs ki, xeyir işi ancaq Allah üçün görərsə, elə dünyada olan zaman artıq onun səmərəsinə çatar.

Ayətullah Cavadi Amuli buyurur ki, Qiyamət elə aləmdir ki, orada hər şeyin həqiqəti üzə çıxar. (Həvzəh)

Allah Təala bizləri ixlas əhlindən qərar versin və dünya və axirət bərəkətlərindən binəsib etməsin!

Milli.Az

Football news:

Nuno confirmed the departure of Jota: Liverpool will get a great player and guy
Hames scored his debut goal for Everton in his second game at the club
Bale's talent is unique, but he never became the main one in Real Madrid. Ronaldo, laziness and Perez's patronage are to blame
Zidane on Bale's departure: what he achieved at Real Madrid is phenomenal. I wish him all the best
The same Royal rabona-assist from Levandovsky: great orientation, perfect execution, smart twist in the right place
Koeman told 21-year-old midfielder Puig that he does not count on him (RAC1)
Liverpool will pay 4.1 million pounds for Zhota out of 41 million in the first year. Today the midfielder will undergo a medical