Azerbaijan

Yığmamız ev oyunlarını Ukraynada keçirilə bilər

"Komandalarımızın beynəlxalq turnirlər çərçivəsində ev oyunlarını alternativ ölkələrdə keçirməsi barədə UEFA-nın qərarından sonra AFFA-ya dəstəyini göstərən, bununla bağlı AFFA-ya və UEFA-ya məlumat verən futbol federasiyaları var".

Milli.Az bildirir ki, bunu apasport.az saytına açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, beynəlxalq səviyyəli ev oyunlarını ölkə xaricində keçirməli komandalarımızın görüşləri Ukraynada təşkil oluna bilər: "Ukrayna Futbol Federasiyasının rəhbərliyi AFFA ilə əlaqə saxlayaraq bildirib ki, Azərbaycan komandalarının - həm milli, həm də klub səviyyəsində istənilən ev oyununun təmənnasız şəkildə Ukraynada təşkil olunmasına hərtərəfli dəstək göstərməyə hazırdırlar. AFFA olaraq bu dəstəyə görə Ukrayna Futbol Federasiyasına təşəkkürümüzü bildirdik və qeyd etdik ki, gələcək oyunlarda zərurət yaranarsa, bu məsələ nəzərdən keçirilə bilər".

Məmmədov "Qarabağ"ın Avropa Liqasının "Vilyarreal"la görüşünü qəbul edəcək Türkiyəyə də təşəkkür edib: "Bildiyiniz kimi, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" ilk ev oyununu Türkiyənin İstanbul şəhərində keçirəcək. Oyunun məhz Türkiyədə baş tutması üçün AFFA və "Qarabağ" klubu birgə UEFA ilə danışıqlar apardı və təkidimizdən sonra Avropa futbol qurumu bu qərarı qəbul etdi. Göstərdiyi dəstəyə görə Türkiyə Futbol Federasiyasın təşəkkür edirik".

Milli.Az

Football news:

Juve will play with Genoa, Inter against Fiorentina, Milan-Torino and other pairs of the 1/8 final of the Italian Cup
Musa about Sheffield: I want to play at the top level, with all due respect to this club
Tebas on PSG and Manchester City: they pay their salaries from oil and gas, not from their income. Because of them, salaries increased by 15%
Cheryshev did not train with Valencia. The club reported a case of coronavirus in the team
Vedomosti launches a sports website with a focus on the business side. The print version will also be
Conte that he would be fired before Christmas: If so, it will only be because I deserve it
Marcelo Bielsa: Maradona was an artist. He will remain our idol